“Azərişıq”dan Xırdalan, Ceyranbatan və Sarayda işığın olmaması ilə bağlı AÇIQLAMA


Xırdalan şəhəri, Heydər Əliyev prospektinin ətrafında bəzi yaşayış məntəqələrində elektrik enerjisi ötən gecədən bəri kəsilib.

“Azərişıq” ASC-ni mətbuat xidmətinin əməkdaşı Pərvanə Kazımzadə Yeniavaz.com-a açıqlama verərək bildirib ki, problemin nədən qaynaqlandığını öyrənmək üçün iş aparılır:
“Qəza baş verib, artıq briqada oradadır, işləyirlər. Problemi tapsınlar, həll edəcəklər. Ceyranbatan və Saray qəsəbələrində də hava şəraiti ilə bağlı elektrik enerjisi yoxdur”.
Qeyd edək ki, iki gün əvvəl Milli Hidrometeorologiya Xidmətindən fevral ayının 24-ünün bu qışın ən soyuq günü olacağı elan edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top