Qarabağa getmək istəməyən erməni hərbçilər hərbi hissədən belə qaçdılar - VİDEO


Ermənistanın Ararat bölgəsində yerləşən hərbi hissələrin birində kütləvi fərarilik baş verib. 
Yeniavaz.com
Ermənistanın “Hraparak” portalına istinadən bildirir ki, ötən gecə hərbi hissədə qulluq keçən bir qrup əsgəri seperatçıların nəzarətində olan Qarabağa aparmaq üçün avtobuslara mindiriblər. Lakin, əsgərlər Qarbağa getməkdən imtina ediblər. Daha sonra hadisə yerinə əsgərlərin valideyinləri gəlib və avtobusların qarşısını kəsiblər. Bundan sonra əsgərlər avtobustan çıxaraq fərarilik ediblər.
Məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb. 
Məlumatda bildirilir ki, fərarilik edən əsgərlərin tapılması üçün axtarışlar aparılır.  Hadisə ilə əlaqədar hərbi hissə komandanlığı tərəfindən istintaq başlanıb və hərbi polis hərbi hissəni özbaşına tərk edən hərbçilərlə bağlı cinayət işi başlanılması üçün materiallar hazırlayır.
Məlumatda qeyd olunur ki, Ermənistan Müdafiə Nazirliyi hadisəni kəskin şəkildə qınayır və vətəndaşları müharibədən sonrakı bərpa mərhələsində silahlı qüvvələrin fəaliyyətini pozaraq, xüsusilə hərbi vəziyyət şəraitində bu cür provokasiyadan çəkinməyə, ölkənin təhlükəsizliyini təhlükəyə atmamağa çağırır.

DİGƏR XƏBƏRLƏR

Top