Ölkəyə idxal olunan toyuq məhsullarındakı salmonella hansı xəstəliklərə səbəb olur?


Son bir neçə gün ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəmizə Belarus, Gürcüstan, Rusiya və Türkiyədən dondurulmuş toyuq və toyuq məhsullarının, həmçinin hind quşu qiyməsinin idxalını qadağan etmiş, buna səbəb kimi isə həmin toyuqlarda aşkarlanan zərərli salmonella patogen mikroorqanizmləri göstərilmişdi.
Bəs görəsən sözügedən mikroorqanizm insane bədənində hansı fəsadlara yol açır?
Yeniavaz.com
xəbər verir ki, salmonella çubuq şəklində bakteriyaların bir cinsidir. Cins Amerikalı baytar Daniel Elmer Salmonun adını daşıyır. Salmonella ağızdan qəbul zamanı insanlar və heyvanlar üçün patogen (xəstəliyin başlanması ilə onun klinik təzahürləri arasındakı müddətdə orqanizmdə gedən mürəkkəb bioloji proses)olur. 
Qırmızı ət və ət məhsulları, çirklənmiş süd, xəmir məhsulları, krem, dondurma və qabıqlı heyvanlar infeksiyanın ən vacib mənbəyidir. Xüsusilə heyvan gübrəsi və gübrəli  su ilə yetişdirilən, yaxşı təmizlənməmiş bir çox qida bitkisi də infeksiyaya səbəb olur.
Yemək yolu ilə salmonella infeksiyalarının simptomları, tərkibində olduğu qidanın istehlakından təxminən 12-36 saat sonra müşahidə olunur və simptomlar 1-4 gün ərzində ümumiyyətlə yox olur.
Simptomlar: ishal, qarın sancısı, qızdırma (> 38 ° C), qusma, səhhətin pisləşməsi və baş ağrısı. Ən çox körpələr, yaşlılar və immun çatışmazlığı olan insanlar təsirlənirlər. Ölüm nisbəti 0,1-0,2 faiz arasında dəyişir.

DİGƏR XƏBƏRLƏR

Top