Dini Komitənin sabiq sədrini məhkəməyə verdilər – 86 min manat borcu var...


İqtisadiyyat  Nazirliyi yanında Dövlət Vergi Xidməti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevin rəhbərlik etdiyi “İrşad” İslam Araşdırmalar Mərkəzinə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, məhkəməz iclası bu günə - 24.02.2021-ci il tarixinə təyin olunub. İclasa Bakı Kommersiya Məhkəməsinin hakim Səbinə Nuriyeva sədrlik edəcək. 
Məlumat üçün bildirək ki, “İrşad” İslam Araşdırmalar Mərkəzi 1994-cü ilsə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 qəpik olan Mərkəz Nəsimi rayonu, Vaqif pr. Ev 11A ünvanında yerləşir. Mərkəzin rəhbəri 2001-2006-cı illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edən fəlsəfə elmləri doktoru Rafiq Əliyevdir. 
Onu da bildirək ki, “İrşad” İslam Araşdırmalar Mərkəzinin yerləşdiyi ünvanda  - Nəsimi rayonu, Vaqif pr. Ev 11A-da eyni zamanda “İrşad” hotel də fəaliyyət göstərir. 
Qeyd edək ki, hazırda “İrşad” İslam Araşdırmalar Mərkəzinin dövlət büdcəsinə 85 min 658 manat 37 qəpik vergi borcu var.

DİGƏR XƏBƏRLƏR

Top