Azərbaycan nefti fevralda 16 faiz bahalanıb – Son QİYMƏT


Dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün – 24 fevral tarixində 0,55 dollar artaraq 65,12 dollar olub. 
Yeniavaz.com xəbər verir ki, "Azeri Light" markalı neftinin qiyməti fevral ayı ərzində 16% və ya 9,04 dollar bahalanıb.
Məlumat üçün bildirək ki, "Azeri Light" markalı  neftinin qiyməti bu ilin aprel ayının 22-də ən aşağı səviyyəyə - 1 barelinin qiyməti 15,8 dollara düşüb. "Azeri Light" markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.
Bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin dəyəri 1 barelə görə 65,05 dollar təşkil edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin dəyəri isə bu gün 1 barelə görə 61,14 dollar olub.

DİGƏR XƏBƏRLƏR

Top