Bəzi ərazilərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir - BNA


Hazırda Bakıda bəzi ərazilərdə meterioloji amillər səbəbindən nəqliyyat vasitələrinin o cümlədən də sərnişin avtobuslarının hərəkətində çətinliklər var.

Yeniavaz.com bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

Məlumata görə, aşağıdakı istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir:

- Yeni Yasamal (M.Xiyabani və Ə.Əhmədov küçələri)

- Günəşli

- Hövsan

- Şüvəlan

- Binə

- Badamdar

- Xırdalan

- Müşviqabad

- Mehdiabad

- Digah

- Masazır dairəsi

- Kürdəxanı yolu

- Məmmədli və Yanardağ yolu

- Biləcəri enişi

- Xutor adlanan ərazidən Azadlıq prospekti istiqaməti

- Baksol yolu

- Zığ yolu

- Salyan şossesi

- Bibiheybət yolu

- Bakı dairəvi yolu.

DİGƏR XƏBƏRLƏR

Top