Qaradağda zəncirvarı qəzada bir nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB


Qaradağ rayonu ərazisində baş verən avtoqəza nəticəsində 1 nəfər (kişi) hadisə yerində dünyasını dəyişib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Respublika Kliniki Xəstəxanasına yerləşdirilib. 1 nəfərə isə yerində yardım göstərilib.
Qeyd edək ki, Bakıda zəncirvarı yol qəzası olub.
Hadisə paytaxtın Qaradağ rayonu ərazisində, Bakı Dairəvi Yolunun Lökbatandan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində 15-20 avtomobil toqquşub. //APA

***10:19
Bakı-Qazax yolunda zəncirvari qəza nəticəsində bir nəfər vəfat edib.

Yeniavaz.com-un xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, səhər saatlarında həmin yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində yük maşını (TIR) idarəetməni itirərək aşıb və yolun kənarına düşüb: “Qəza zamanı bir neçə avtomobil də yük maşını ilə toqquşub.
Ümumilikdə, 10 avtomobilin iştirakı ilə qəza baş verib. İlkin məlumata görə, bir nəfər vəfat edib. Hazırda Bakı-Qazax yolununda avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol açıqdır”.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

DİGƏR XƏBƏRLƏR

Top