Finlandiya müasir radiolokasiya və artilleriya kəşfiyyatı sistemləri almaq niyyətindədir

Finlandiya yaxın zamanlarda quru qoşunlarını ən müasir radiolokasiya sistemləri, o cümlədən artilleriya kəşfiyyatı avadanlıqları ilə təchiz etmək üçün hərəkətə keçib. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Finlandiyanın almaq niyyətində olduğu hərbi texniki avadanlıqlar düşmən batareyalarının yerləşdiyi yeri müəyyən etməyə, onun məhvi üçün müvafiq tədbirlər həyata keçirməyə imkan verəcək. "Helsingin Sanomat" qəzeti öz növbəsində yazır ki, yeni hərbi sistem artilleriyanın hədəfi dəqiq məhv etməsinə yol açaraq müharibə şəraitində itkiləri minimuma endirəcək. Hərbi mütəxəssislərin fikrincə, 2020-ci ilə kimi belə texniki avadanlıqlarla Finlandiya ordusunun təchizatını başa çatdırmaq mümkün olacaq. Finlandiya ordusunuın polkovniki, Pasi Pasivirta belə avadanlılqarın artıq İsveç ordusunda mövcud olduğunu, Norveçin isə onu əldə etmək fikrində olduğunu bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top