Bakıda Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, binanın damında başlayan yanğın tez bir zamanda nazirliyin yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.
***09:30
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.
FHN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə Yasamal rayonu, Tbilisi prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb.
Belə ki, binanın dam örtüyü yanır.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.