Daha bir Qazi intihar etdi - atası yerini qardakı izlərlə tapıb


Yardımlıda Vətən müharibəsi qazisi intihar edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə tanınmış jurnalist Elşad Paşasoy məlumat paylaşıb.

E.Paşasoyun sözlərinə görə, o, gecə-gündüz dəhşətli döyüş səhnələrindən danışırmış: 

"Bu gün Yardımlıda, evindən çıxıb, yaxınlıqdakı meşədə özünü asmış qazi qardaşımız, Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Qəliyev Fəridi...atası Tofiq kişi
qardakı izi ilə gedib tapıb(((
Yenicə ailə qurmuşdu, heç bir ay olmaz...Döyüşlərin od-alovundan sağ-salamat qayıdanda el-oba pişvazına çıxmış, qəhrəmanını qarşılamış, atası qurban kəsmişdi...Niyəsini deyə bilmərik. Amma gecə-gündüz dəhşətli döyüş səhnələrindən danışırmış. Bəlkə də bir neçə saatlıq psixoloji məsləhətlər onu fikrindən daşındırardı. Allah rəhmət etsin, ata-anasına, ailəsinə səbr diləyirəm...
Qalib ordunun əsgər və zabitlərini qoruyaq, onlara cəmiyyət olaraq diqqətimizi bir an belə, əsirgəməyək...", - deyə jurnalist qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top