Bakıda avtomobil dərəyə aşıb, ölən var


Bakının Yasamal rayonunda avtomobil aşıb sürücü ölüb.

Hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb.

"NAZ" markalı avtomobili idarə edən sürücü 1987-ci il təvəllüdlü Hacıyev Orxan Zahir oğlu yolun buzlu olması səbəbindən avtomobilə nəzarəti itirib. Maşın dərəyə aşaraq bir neçə hissəyə bölünüb.

Sürücü hadisə yerində ölüb. Meyit morqa təhvil verilib.

Avtotexniki ekspertiza təyin edilib.

Bakının Binəqədi rayonunda zəncirvari yol qəzası da baş verib.

Hadisə DSK yolu kimi tanınan ərazidə qeydə alınıb.

Yolun buz bağlaması 4 avtomlbilin toqquşmasına səbəb olub. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.//apa

DİGƏR XƏBƏRLƏR

Top