"Azərbaycana "İskəndər" atdıq, amma partlamadı" - Paşinyan


Ermənistan Baş naziri Nikol Paşinyan müharibə zamanı Azərbaycana qarşı “İskəndər” raketindən istifadə edildiyini açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, o, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın müharibənin 3-4-cü günündə nə üçün “İskəndər” raketindən istifadə edilməməsi ilə bağlı ittihamına cavabında açıqlayıb. Baş nazir "İskəndər"dən istifadə etdiklərini, amma raketin partlamadığını etiraf edib:

“Bu atmaca yəqin ki, mənə ünvanlanıb. Ancaq cavabını bildikləri sualları verməməlidirlər. Bəlkə, onlar cavab versinlər, atılan “İskəndər” niyə partlamadı və ya niyə 10%-i partladı? Bəlkə bu, 80-ci illərin silahı idi?”, - deyə Paşinyan qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top