“Twitter” şirkətin qaydalarına zidd üsullardan istifadə edən çox sayda hesabları bağlayıb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, sosial şəbəkə Rusiya ilə bağlı 100, İranla əlaqəli 238, Ermənistanla əlaqəli 35 hesabı silib. Silinən erməni hesabların fəaliyyətinin Azərbaycana qarşı yönəldiyi və Ermənistan hakimiyyəti ilə əlaqəli olduğu bildirilib.
Məlumata görə, silinən Rusiya və İran hesabları isə bu ölkələrin siyasi dairələrinin sifarişi ilə ABŞ, NATO və Avropa Birliyinə qarşı istifadə olunub.