"Bu, əsl talançılıqdır, qazanan isə Cahangir Əsgərov və ətrafıdır"


"Pandemiyadan sonra hava xətlərinin açılmasından istifadə edən AZAL-ın yenə vətəndaşları talan edəcəyinə şübhə etmirəm. Artıq Tbilisidən İstanbula biletin dəyəri 110 manat olduğu halda, Bakıdan İstanbula 800 manat, Bakı-Moskva biletinin qiyməti isə 1000 manatdan da artıqdır. Bu, əsl talançılıqdır".

Yeniavaz.com xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin biletləri baha qiymətə satması ilə bağlı hüquq müdafiəçisi Aslan İsmayılov da öz səhifəsində paylaşım edib. 

A.İsmayılov Gürcüstan hava xətlərinin AZAL-dan fərqli olaraq dövlət büdcəsindən dəstək almadığına diqqət çəkib: "Ən dəhşətlisi də odur ki, Gürcüstan hava xətləri özəldir və büdcədən heç bir dəstək almır. AZAL isə dövlət mülkiyyəti hesab olunur və qiymət bahalığından savayı, həm də dövlət büdcəsindən yüz milyonlarla ödəmələr hesabına xalqı talan edir. Qazanan isə Cahangir Əsgərov və ətrafıdır".

Xatırladaq ki, Prezident İlham Əliyevin 12 fevral 2021-ci il tarixli sərəncamı ilə “Azərbaycan Hava Yolları” QSC də Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib. 

DİGƏR XƏBƏRLƏR

Top