Məhbusun odunların arasında gizlətdiyi narkotik maddə aşkarlandı


Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pentensiar xidmət məlumat yayıb.
Bildirilib ki, Penitensiar xidmətin, Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Cavadov Üzeyir Həsənağa oğlu tərəfindən həbs edilməmişdən əvvəl Cəlilabad şəhərində yaşadığı fərdi yaşayış evinin həyətində odunların arasında gizlətdiyi sellofan bükülülərdə ümumi çəkisi 1 kiloqram 537 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 14,8 qram olan narkotik maddə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top