İtkin düşən şəhid anası Bakıda tapılıb - YENİLƏNİB

Beyləqanda bir həftə əvvəl itkin düşmüş Adilə Nəsirova tapılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya qadının oğlu Tərlan Əliyev məlumat verib.

O bildirib ki, anası rayondan gələrək paytaxtın Yasamal rayonunda kirayə evə köçüb. Evdən getməyinin səbəbi isə bir müddət hər kəsdən uzaqlaşmaq istəməsi olub.

Qeyd edək ki, Beyləqan rayonunun Gödəklər kəndində yaşayan 67 yaşlı A. Nəsirovanın oğlu Əliyev Rövşən Yaqub oğlu 1994-cü ildə şəhid olub. 

***23 fevral, saat 19:29

Birinci Qarabağ müharibəsində şəhid olan Rövşən Əliyevin anası Adilə Şükürova itkin düşüb. 

Yeniavaz.com qafqazinfo-ya istinadən xəbər verir ki, A. Şükürova dörd gün öncə Beyləqan rayonu, Gödəklər kəndində yaşadığı evdən çıxaraq gedib və geri qayıtmayıb. 

Onun digər oğlu polisə müraciət edərək anasının itkin düşdüyü bildirib və qadının axtarışlarına başlanılıb. 

Adilə Şükürovanı görənlərdən Beyləqan Rayon Polis Şöbəsinin 0212252015, 0514371824 və ya ailəyə məxsus 0505196585 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top