İşlək neft quyusundan boruları oğurlamaq istədilər - FOTO


Səbail rayonu, “20-ci sahə” yaşayış massivində işlək neft quyularından oğurluğa cəhdlər olub.
Belə ki, Orucov Ramin Nadir oğlu və ətrafına topladığı bir qrup şəxs “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 2 saylı mədən ərazisindəki 2481 saylı neft quyusundan 9 metrlik boruları oğurlayıb “Qazel” markalı nəqliyyat vasitəsinə yükləyərkən mühafizəçilər tərəfindən yaxalanıb. Mühafizəçilərin sayıqlığı nəticəsində 2771 saylı neft quyusunda da oğurluğun qarşısı alınıb. Seyidov Rauf Yaşar oğlu, Kərimli Hilal Rüstəm oğlu və Əbilov Kənan Rüstəm oğlu quyudan 5 ədəd ştanqa və onların başlıqlarını (təqribən 20 ədəd) oğurlamaq istəyərkən saxlanılıblar. Hər iki fakt üzrə oğurluğa cəhd edən şəxslər Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə təhvil verilib. Onların mədən ərazisində qanunsuz tikilən evlərdə yaşadığı bildirilir. 

DİGƏR XƏBƏRLƏR

Top