Dövlət Komitəsinə yeni sədr müavini təyin olundu


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin olunub.

Yeniavaz.com report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sənəd imzalanıb.

Sənədə əsasən, bu vəzifəyə Sahib Novruz oğlu Nağıyev təyinat alıb.

Bununla da Dövlət Komitəsi sədrinin müavinlərinin sayı 4-ə çatıb.

Qeyd edək ki, S.Nağıyev 1966-cı ildə Gəncə şəhərində anadan olub. O, Yaxın Şərq ölkələri üzrə mütəxəssisdir.

DİGƏR XƏBƏRLƏR

Top