Bakıda yağış yağır - Faktiki hava


Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən xəbərə görə, fevralın 23-ü saat 17:00-a olan məlumatına əsasən, ölkənin şimal rayonlarına soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hava şəraiti dəyişib.

Nabran, Quba, Xaçmaz, Qusar, Xaltanda yağıntılı olub, qara keçib. Bakıda hazırda yağış yağır. 

Qərb küləyinin sürəti Ağstafa, Naftalanda 20, Gəncə, Tovuzda 18, Yevlaxda 17, Bərdədə 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top