Fransanın Strasburq şəhərində inşası davam edən Əyyub Sultan məscidinə qarşı hücum həyata keçirilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropanın ən böyük məscidi olacağı gözlənilən ibadət evinin divarına "İslama yox, ölkənə qayıt" sözləri yazılıb.
İslam cəmiyyətlərindən birinin nəzdində yerləşən məscidin sosial şəbəkə hesabında Fransada yaşanan bu hadisə pislənib.