"Koronavirus pasportunun və ya sertifikatının tətbiq edilməsi etik baxımdan mürəkkəb bir məsələdir".
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu İngiltərənin baş naziri Boris Conson deyib. O, COVİD-19 pasportunun yeni bir proses olduğunu və bu səbəblə məsələnin çətinliyini vurğulayıb:
“Bu, ölkələrimiz üçün tamamilə yeni bir şeydir. Heç vaxt kafelərdə və ya teatrlarda bu cür sənədlər tələb edilməyib. Bir sıra mürəkkəb etik suallar hökumətin insanlardan bu cür sənədlərə sahib olmasını tələb edə bilməsi prosesi araşdırılmalıdır. Bu və ya digər səbəbdən peyvəndlənməmiş və ya tibbi səbəblərdən peyvəndlənə bilməyən insanlara qarşı ayrıseçkilik edə bilmərik”.