
Meksikalı narkobaron El Çaponun həyat yoldaşı Emma Koronel ABŞ-da həbs olunub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Koronel narkotik qaçaqmalçılığında şübhəli bilinir. 31 yaşlı qadın kokain, metamfetamin, marixuana və digər narkotik maddələrin ticarəti üçün sui-qəsddə iştirak etməkdə günahlandırılır. Bundan əlavə, Koronel 2015-ci ildə El Çaponun qaçmasının təşkilində iştirak etməkdə şübhəli bilinir.