Yevlaxda ev yanıb, 82 yaşlı ev sahibi xəsarət alıb


Yevlaxda ev yanıb, 82 yaşlı ev sahibi xəsarət alıb.

Yeniavaz.com xəbər verir ki, hadisə rayonun Bəydili kəndində baş verib. Gecə saatlarında qəfil alovlanan mənzili söndürmək mümkün olmadığından hadisə yerinə yanğınsöndürənlər çağrılıb. Çətinliklə də olsa yanğını ram etmək mümkün olub. Hadisə zamanı ümumi sahəsi 40 kvadrat metr olan mənzil içərsindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Mənzildə olan ev sahibi 82 yaşlı Yusif Abbasov isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ev sahibinin nəvəsi Əizamin Heydərov hadisənin hansı səbəbdən baş verdiyinin məlum olmadığını bildirib: "Yatmışdıq, təxminən gecə saat 1 radələrində qonşular şifer partlaması səsinə çıxıblar. Biz də çölə çıxdıq ki, babamın evi yanır. Gəlib baxdıq ki, kişi xəsarət alıb, əli, ayaqları pis gündədir. Ev də, gördüyünüz kimi, yararsız vəziyyətdədir. Bilinmir ki, işıqdan olub, ya odun peçindən, araşdırılır”.
Yusif Abbasov xəstəxanaya yerləşdirlib, vəziyyətinin kafi olduğu bildirilir. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top