“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri ilon Mask bir gündə 15 milyard dollardan çox sərvət itirib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Maskın 15 milyard dollar itirməsinə səbəb “Tesla”nın səhmlərinin dəyərinin düşməsi olub. Bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd edək ki, İlon Mask dünyanın ən zəngin insanları sırasında ikinci yeri tutur, sərvəti 183 milyard dollar olaraq qiymətləndirilir.