“Kalaşnikov” yeni PUA-ları təqdim etdi


Rusiyanın “Kalaşnikov” adı ilə fəaliyyət göstərən “Zala Aero Group” şirkəti  “IDEX-2021” beynəlxalq silah sərgisində pilotsuz uçuş aparatını nümayiş etdirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən aparat “Zala Vtol” adlandılır. Sərgi Birləşmiş Ərəb Əmirliyində təşkil olunub. Aparat müşahidə uçuşları və xilasetmə işləri üçün nəzərdə tutulub. Kalaşnikov şirkəti təqdim etdiyi PUA-nın yeni xüsusiyyətlərilə bağlı açıqlama verib:
"Yeni pilotsuz sistem dəyişdirilə bilən qanadlara sahib olan təyyarə tipli aparatdır. Aparat iki növ qanada sahibdir. Birincisi, klassikdir, ikinci qanadlar isə dörd pərvanəli əlavə çubuqlarla təchiz edilib. Bu da aparata şaquli qalxış və eniş etmək imkanı verir. Beləliklə, sistem təyyarə-helikopter hibridinə çevrilir”.
Ənənəvi təyyarə rejimində aparatın maksimum uçuş müddəti 4 saatdır. Tapşırıq yerinə yetirildikdən sonra, aparatın rahat şəkildə enməsi üçün paraşütün altında yastıq açılır. Əlavə motor rejimində isə sistem tamamilə avtomatik olaraq şauquli olaraq qalxa və enə bilir. Bu tətbiq “Zala Vtol”un şəhər, dağlıq və çətin ərazilərdə ondan səmərəli istifadə etmək imkanı verir. Lakin bu rejimdə uçuş müddəti cəmi 2 saatdır.
Qeyd edək ki, yeni PUA-nın qanadının uzunluğu 2,85 metr, maksimum çəkisi 10,5 kiloqram, sürəti isə 110 km / saatdır.


 

DİGƏR XƏBƏRLƏR

Top