Fransalı terrorçu qadın Türkiyədə saxlanıldı


Türkiyədə İŞİD terror təşkilatının üzvü olan və qırmızı bülletenlə İnterpol tərəfindən axtarışa verilən Fransa vətəndaşı saxlanılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransa vətəndaşı olan Sara Talib Ankara Polis İdarəsinin Terrorla Mübarizə Kəşfiyyat Şöbəsinin qrupları tərəfindən tutulub. Qadın terrorçu Ankara polisi tərəfindən Fransa səfirliyinin binasına 200 metr qalmış saxlanılıb.
Qeyd edək ki, Ankara Terrorla Mübarizə Şöbəsinə aparılan terrorçu qadının ifadəsi alınandan sonra deportasiya ediləcəyi bağlı məlumat verilib. 

 

DİGƏR XƏBƏRLƏR

Top