Parisdə koronavirusa görə spirtli içki qəbuluna məhdudiyyət qoyuldu


Fransanın paytaxtı Parisin iki bölgəsində koronavirusla mübarizə tədbirləri çərçivəsində spirtli içkilərin istifadəsi müəyyən saatlar arasında qadağan edilib.
Yeniavaz.com
“Sputnik”ə istinadən xəbər verir ki, açıqlama Paris Polis İdarəsi tərəfindən verilib. Açıqlamada bildirilib ki, havaların isinməsi səbəbindən alkoqollu içkilər qəbul edən qrupların sayı artıb. Bu səbəbdən də sözügedən qanun qəbul edilib. Qadağaya əsasən saat 11:00-dan 18:00-a kimi spirtli içkilərin qəbulu qadağan edilib.
Qeyd edək ki, qadağa 15 gün ərzində tətbiq olunacaq. Qadağanı pozanlara 135 avrorluq (278,92 manat) cəza tətbiq olunacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top