Paşinyanın olduğu binaya hücum edən şəxslər saxlanılıb


Ermənistan polisi İrəvanın mərkəzində hökumət binaları yaxınlığında keçirilən mitinqdə iştirak edən etirazçıları saxlayıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, baş nazir Nikol Paşinyanın olduğu binaya girməyə çalışan 57 müxalifət fəalı saxlanılıb. Paşinyan mitinqin keçirildiyi binadan çıxdıqdan sonra müxalifət nümayişi sona çatdırılıb.
Qeyd edək ki, Ermənistanda müxalifətin 100-ə yaxın tərəfdarı Paşinyanın olduğu hökumət binasının girişlərini bağlamağa və içəri daxil olmağa cəhd edib.  

DİGƏR XƏBƏRLƏR

Top