Gürcüstan polisi Meliyanı saxlamazdan əvvəl ofisinin serverini ələ keçirib


Gürcüstanın Daxili İşlər Nazirliyi müxalifətçi Nika Meliyanın həbs ilə bağlı yeni məlumatlar açıqlayıb.

Yeniavaz.com “interfax”a istinadla xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi Nika Meliyanın həbsi ilə bağlı jurnalistlərə açıqlama verib. Bildirilib ki, gürcü müxalifətçinin davam edən istintaqı çərçivəsində partiya ofiindəki serverlər ələ keçirilib. Bu da Meliyanın həbs edilməsində əsas rol oynayıb. Vahid Milli Hərəkat Partiyası və Gürcüstanda fəaliyyət göstərən digər partiyalar polisin bu hərəkətini qanunsuz hesab edib.
 

DİGƏR XƏBƏRLƏR

Top