Bakıda mənzillərdə qaz borusundan su gəlib - VİDEO


Sosial şəbəkələrdə qaz borusundan su gəlməsini əks etdirən kadrlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Aqşin Rafiqoğlu paylaşım edib.
Jurnalist bildirib ki, hadisə onun valideynlərinin yaşadığı binada olub və abonentlərdən birinin qaz borusuna su borusu calaq etməsi nəticəsində baş verib:
“Qonşu səhvən evinin hamamında qaz borusuna su xəttini qoşub. Bununla da bütün binaya qaz yerinə su vermiş olub. Nəticədə, axşam saat 6-dan gecə saat 1-ə qədər hamını qazsız qoyub. Anamgilə çatanda, gördüm ki, 10 nəfər “Azəriqaz”ın Nərimanov şöbəsinin əməkdaşı qaz borularını, qaz sayğaclarını açıb, içindən su çıxarırlar. Beləcə, 6 bloku, 108 mənzili olan binada hər bir mənzildə bircə-bircə bu prosesi aparıblar”.

DİGƏR XƏBƏRLƏR

Top