"Dəfələrlə də bu məsələni qaldırmışıq, amma reaksiya verən yoxdur"


“Bu gün ölkədə idman zallarının açılması məsələsini ən ali tribunadan qaldırırıq. Dəfələrlə də bu məsələni qaldırmışıq, amma reaksiya verən yoxdur. Bu yerlərdə çalışan əhali dolana bilmir. Artıq əhali arasında yoxsullaşma gedir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. 

Deputat bildirib ki, heç olmasa, cavabdeh qurumlar çıxıb desin ki, istəyirik əhali yoxsullaşsın, istəmirik idman zalları açılsın, məqsədə uyğun deyil: "Reaksiya versinlər. Biz məsələni burada qaldırırıq, burada da qalır”.

Spiker Sahibə Qafarova isə Fazil Mustafaya deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələyə münasibət bildirir: "İdman zallarının açılmamasının səbəbi pandemiyadır". //APA

DİGƏR XƏBƏRLƏR

Top