Trampı nüfuzdan salmaq istəyən keçmiş kəşfiyyatçı imiş

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı nüfuzdan salmağa hesablanmış anonim məruzənin müəllifi müəyyən edilib. “Yeniavaz.com”un xəbərinə görə, bu barədə “Kommersant” nəşri ABŞ-ın “The Wall Street Journal” (WSJ) qəzetinə istinadən məlumat verir. Qəzetin yazdığına əsasən, məruzə Böyük Britaniyanın Mİ-6 kəşfiyyatının keçmiş əməkdaşı Kristofer Stil tərəfindən tərtib edilib. Nəşrin mənbələrinin bildirdiyinə görə, 52 yaşlı britaniyalı “Orbis Business Intelligence” mühafizə firmasının iki rəhbərindən biridir. WSJ xatırladır ki, “BuzzFeed” saytında dərc edilmiş məruzədə D.Trampın Rusiya ilə əlaqələrinin olduğu iddia edilir. Qəzet K. Stil ilə əlaqəsaxlamağa çalışsa da, onun evi tərk edərək səfərə getdiyini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top