Bədəninin 70 faizi yanan aktyorun vəziyyəti ağırdır - YENİLƏNİB


Yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın son vəziyyəti açıqlanıb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova aktyorun vəziyyətinin ağır olaraq qaldığını deyib:
“Hələ də reanimasiya şöbəsindədir. Onun bədəninin 70 faizi yanıb. Əsasən qarın və kürək hissələri yandığı üçün daxili orqanlarda müəyyən problemlər yaradıb. Həkim müayinə müalicəni davam etdirir.
Qeyd edək ki, 36 yaşlı C.Telman dünən evində baş verən partlayış nəticəsində yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.

***01:46
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman mənzilində baş vermiş partlayış zamanı xəsarət alıb.
Bu barədə onun həmkarı Hikmət Rəhimov bildirib.
O, qeyd edib ki, partlayış qaz sızmasından baş verib. Cavid Telman xəstəxanaya yerləşdirilib.//report

DİGƏR XƏBƏRLƏR

Top