Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn edilib.
Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 2000-ci il təvəllüdlü Əmrah Rajapovun nəşi Gəncə şəhərinə aparılıb. Şəhid Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib. (APA)
*01:29
Vətən müharibəsində itkin düşən hərbçilərin siyahısında adı olan Rajapov Əmrah XXX-in şəhid olduğu təsdiqlənib.
5 aydan sonra şəhid olduğu təsdiqlənən Əmrah Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Əmrah 2000-ci ildə Gəncədə anadan olub. Kiçik yaşlarında atasını itirən Əmrah, sonradan anası tərəfindən Gəncə şəhərində yerləşən Uşaq Evinə verilib. Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.
Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Məlumata görə, o, oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Onun itkin siyahasında adının olmasına gəlincə, bunun Əmrahın tibbi-ekspertizasının hələ də davam etməsi ilə bağlı olduğu bildirilirdi. Məlumata görə, heç bir yaxını olmadığı üçün ekspertizanın nəticələri bu səbəbdən gecikirdi.//qafqazinfo