“Karantin rejimi rədd edilməlidir” - İlqar Məmmədov

https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2019/5/22/1/a052339f-fbd0-4f7a-9c2c-de0f17463422/ilqar-memmedov-yeni-foto.jpg
"İntihar sayının karantin məhdudiyyətləri uzandıqca artacağını neçə-neçə alim uzun müddətdir, yazırdı. İndi dünyanın hər yerində bu təsdiqlənir. Adi axtarışa verin görün nə qədər elmi yazılar və jurnalist reportajları tapırsınız. Bir nəfərin acı taleyi söhbəti çox istiqamətə yönəldə bilər, statistika isə hər şeyi izah edir, çünki öz mahiyyətinə görə bir növ "alın yazısı"dır: məsələn, karantinli ölkələrin birində təkcə iyul-oktyabr aylarında qadınlar arasında intihar halları 37 faiz, gənclər arasında isə 49 faiz artmışdır, deməli, gənc qadınlar xüsusilə çox mənəvi əziyyət çəkir".
Yeniavaz.com xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov qeyd edib.
“Küçədə də maska taxmaq kimi ağılsız qərarlar verən Operativ Qərargahın "qandığı qrafa" yoxdur ki, aylarla toy, şənlik, gülər üz görməyən, ruh halı zəifləmiş insanlar, həm də küçədə xoş insan sifəti əvəzinə tibbi maska, xəstəxana ab-havası görəndə daha da depressiyaya girir, intihara meyllənir. Bu sadə şeyləri qanmaqdan ötrü heç psixoloq olmaq lazım deyil, həyat təcrübəsi yetər. Karantinin öldürücü olduğunu bir çox statistik göstəricilər sübut edir, o cümlədən intiharlar statistikası. Dərhal, dərhal rədd edilməlidir bu təcrübə...", deyə İ.Məmmədov bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top