Bu gün ilk çərşənbə - su çərşənbəsidir


Bu gün Azərbaycanda ilk çərşənbə - su çərşənbəsi qeyd olunur.

Qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur.

Bu çərşənbəyə “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

DİGƏR XƏBƏRLƏR

Top