Rusiya XİN Ermənistanın Azərbaycan əsgərinin meyitini qaytarmamasına münasibət bildirib

"Bu faciəvi insident Azərbaycanla Ermənistan arasında baş verib. Hesab edirik ki, iki ölkə özündə müdriklik, güc və diplomatik imkan tapıb, bu problemi həll etməlidir". Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova APA-nın Moskva müxbirinin "Ermənistan bütün çağırışlara məhəl qoymayaraq, ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən insident zamanı həlak olmuş Azərbaycan hərbçisinin cəsədini qaytarmır. Rusiya XİN-in buna münasibəti necədir" sualına cavabında deyib. M. Zaxarova qeyd edib ki, ölkələr bu çətin situasiyanı həll etməlidir. "Bu problemin açarı hər iki tərəfin əlindədir", - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top