Məhkəmə tibb eksperti: “Ən çətin məqam - müharibədə həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsidir”


Döyüş əməliyyatları zamanı hər hansı zorakılıqla törədilən ölüm araşdırılmalıdır - bunu protokol tələb edir, bunu qanun tələb edir.
Yeniavaz.com
media.az-a istinadla xəbər verir ki, bunu məhkəmə-tibb eksperti Denis Rzayev peşəsinin incəlikləri barədə müsahibə verərkən deyib.
Həkim bildirib ki, hərbi əməliyyatlar nəticəsində həyatını itirən hərbçilərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi lazımdır. 
Onun sözlərinə görə, ən əsası, hərbçinin ölümünün şəxsiyyətlərarası münasibətlər çərçivəsində intihar və ya qətl nəticəsində deyil, düşmənin hərəkətləri nəticəsində baş verdiyini müəyyənləşdirməkdir:
“Bütün detalları nəzərə alırıq. Məsələn, bir güllə yarasından danışırıqsa, atəşin haradan, hansı məsafədən açıldığına diqqət yetiririk”.
“Ən sadə nümunə deyim. Tutaq ki, kimsə özünü asıb. Hətta əgər onun psixoloji narahatlıqlarının olması və mütəmadi olaraq intihardan bəhs etməsi dəqiq bilinsə də, ölüm səbəbini müəyyənləşdirməliyik. Bəlkə də pis niyyətli adamlar onu öldürüb, sonra da asıblar. Bunu faktlar və dəlillərlə sübut etməliyik”, - deyə mütəxəssis bildirib.
O deyib ki, müharibə dövründə ən çətin məqam heç bir sənədi olmayanların şəxsiyyətinin müəyyənləşdirilməsidir, üstəlik həmin adamların görünüşlərinə görə şəxsiyyətlərinə müəyyən etmək mümkün olmadıqda:
“Belə hallarda orqanlardan materiallar götürərək DNT analizi aparırdıq. Bu, yalnız psixoloji deyil, fiziki cəhətdən də çətin idi. Gecə-gündüz, istirahətsiz, dincəlmədən çalışırdıq. İşə davam etmək üçün gündə yalnız üç-dörd saat yatırdıq”.
Həkim qeyd edib ki, Azərbaycanda qətllər nadir hallarda intihar kimi qələmə verilir.
“Bu, psixologiyamıza xas deyil. Məsələn, Rusiyada, ABŞ-da, Avropada bu daha çox olur. Şəhər nə qədər böyükdürsə, cinayətdə bir o qədər müxtəlifdir”.
Həkim deyib ki, ölkəmizdə bunlar nadir hallarda baş verir.

DİGƏR XƏBƏRLƏR

Top