Ermənistan polisi müxalifət liderinə cinayət işi açdı


Ermənistanın sabiq baş naziri və müxalifət lideri Vazgen Manukyana cinayət işi açılıb.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, buna səbəb Manukyanın sonuncu mitinqdəki çıxışında işlətdiyi ifadələrdir. Ermənistan Baş Prokurorunun müşaviri Gor Abrahamyanın verdiyi  məlumatda bildirilib ki, Manukyana hakimiyyəti zorla ələ keçirmə, ərazi bütövlüyünü pozma və ya Ermənistan respublikasının konstitusiya quruluşunu zorla dəyişdirmə çağırışı maddələri ilə cinayət işi başladılıb. 
Xatırladaq ki, 20 fevralda İrəvandakı mitinqdə Manukyan Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün baş nazir Nikol Paşinyanın gücünün dayandığı sütunları qırmaq lazım olduğunu demişdi. O həmçinin bildirmişdi ki, hakim partiyayanın təhlükəsizlik strukturlarına və millət vəkillərinə kütləvi şəkildə təzyiq göstərmək lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top