Dondurulmuş toyuq filesindən çıxan müəmmalı maye – Xərçəng təhlükəsi + VİDEO


Sosial şəbəkələrdə toyuq filesindən müəmmalı mayenin çıxmasını əks etdirən kadrlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, kadrları lentə alan Rusiya vətəndaşı donu açılan toyuq filesindən süzülən mayeni bir qaba töküb üzərinə qaynar su əlavə edir. Bu zaman filedən süzülən maye bərkləşir və elastik bir maddəyə çevrilir. Kadrları lentə alan şəxs sözügedən mayenin “stabikon” adlı kimyəvi maddə olduğunu bildirir. O, bu maddənin insan orqanizmində onkoloji şişlərə səbəb olduğunu qeyd edir.
Həmin kadrları təqdim edirik:
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəmizə Belarusdan və Gürcüstandan dondurulmuş toyuqların idxalını qadağan etmiş və buna səbəb kimi həmin toyuqlarda aşkarlanan zərərli salmonella patogen mikroorqanizmləri göstərilmişdi.
Qeyd edək ki, ölkəmizə xaricdən gətirilən dondurulmuş toyuqlar yerli istehsal məhsullarından xeyli ucuz qiymətə təklif olunur.
Həmçinin bir neçə il əvvəl Azərbaycanda da buna bənzər bir təcrübə aparılmış və toyuq filesinin ozonlaşdırılması nəticəsində tərkibindəki zərərli maddələr ortaya çıxmışdı.
Sözügedən təcrübənin görüntülərini də təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top