Rusiya Ermənistanda ikinci hərbi baza açır?


Ermənistanın Müdafiə naziri Vaqarşak Harutyunyan Ermənistanda ikinci Rusiya hərbi bazasının açılıb-açılmayacağı barədə sualları cavablandırıb.
Yeniavaz.com
xəbər verir ki, V. Harutyunyan “Ria Novosti”yə verdiyi müsahibədə Ermənistanda hələlik ikinci bir hərbi bazanın açılmasına ehtiyac görmədiyini bildirib:
“Rusiya Silahlı Qüvvələrinin Ermənistan ərazisində əlavə hərbi birləşməsinin yerləşdirilməsinə gəldikdə, düşünürəm ki, belə bir prosesə ehtiyac yoxdur. Dövlətlərimiz arasında mövcud olan normativ hüquqi sənədlərdə yalnız bir Rusiya hərbi bazasının fəaliyyəti nəzərdə tutulur”.
Qeyd edək ki, Ermənistanda xidmət göstərən Rusiya sərhəd xidmətinə əlavə funksiyalar həvalə edilib. Bu səbəblə Gümrüdəki Rusiya hərbi bazasının bir hissəsi Ermənistanın şərqinə köçürülür. Hazırda köçürülmə prosesi ilə əlaqədar müzakirələr aparılır.

DİGƏR XƏBƏRLƏR

Top