ABŞ İranda həbs olunan amerikalılara görə hərəkətə keçdi


Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan İranda həbs olunan amerikalıların azad edilməsi ilə bağlı Tehranla əlaqə qurduqlarını bildirib.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Sullivan dünyanın hər hansı bölgəsində həbsdə olan Amerika vətəndaşlarının həbsdən qurtarılmasının Bayden administrasiyasının vacib addımlarından biri olduğunu vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə həbsxanalarda saxlanılan ABŞ vətəndaşlarının sərbəst buraxılması üçün Vaşinqton rəhbərliyi ilə birbaşa əlaqə qurulmadığını qeyd edib. O həmçinin bildirib ki, ABŞ həbsxanalarında olan İran vətəndaşlarının sərbəst buraxılması da prioritetdir və danışıqlara hazır olduqlarını açıqlayıb.
Qeyd edək ki, bu iki ölkə arasında diplomatik münasibətlər olmadığı üçün məsələlərdə İsveçrə səfirliyinin vasitəçiliyindən istifadə olunur.

DİGƏR XƏBƏRLƏR

Top