İcra başçısı Mingəçevir Turizm Kollecinin yeni binasına baxış keçirib - FOTOLAR


Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mingəçevir Turizm Kollecinin yeni tədris binasına baxış keçirib.
Yeniavaz.com xəbər verir ki, icra başçısı ilk olaraq kollecin yeni direktoru Səid Salayev ilə dəyirmi masa arxasında söhbət və müzakirələr edib. S. Salayev kollecdə sağlam mühitin formalaşmasına mənfi təsir göstərən hər bir amilin qarışısının alındığını, çalışan və zəhmətkeş tələbələrin keyfiyyətli şəkildə təhsil alması üçün lazımi şəraitin yaradıldığını qeyd edib.
Kollecdə görülən quruculuq, yenilənmə işlərinə baxış keçirən icra başçısı, ölkəmizdə aparılan abadlıq işləri barədə kollecin əməkdaşlarına geniş məlumat verib.
Qeyd edək ki, qısa müddət ərzində kollecdə, müvafiq qanunvericilik qaydalarına uyğun sənədlərin saxlanılması üçün fəaliyyət göstərən “arxiv” şöbəsində yenilənmə işləri aparılıb, sənədlərin vaxtlı-vaxtında dövriyyəsi üçün “ümumi şöbə” yaradılıb. İcra başçısı kollecdə fəaliyyət göstərən “ümumi”, “mühasibatlıq”, “insan resursları”, “arxiv”, “əyani və qiyabi” və “tədris” şöbələrinə, “akademik məsləhətçilər”, “fənn bilikləri” və sinif otaqlarına baxış keçirib.
İcra başçısı Azərbaycanda elmin və təhsilin  inkişafı istiqamətində görülmüş işlərdən danışıb, respublikamızın bütün bölgələrində olduğu kimi, Mingəçevir şəhərində də təhsilin inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirildiyini qeyd edib. Şəhər rəhbəri bu göstəricilərin daha da yüksəldilməsi üçün kollecin əməkdaşlarına tövsiyələrini çatdırıb, şəhərdə həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat verib, şəhərin inkişafı ilə bağlı onların təklif və tövsiyələrini dinləyib.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top