Ərdoğan: Əlində silah olanla dollar olan terrorçu arasında fərq yoxdur

Əlində silahı, bombası olan terrorçu ilə əlində dolları, avrosu, faizi olan terrorçu arasında fərq yoxdur. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə türk lirəsinin dollar və avroya nisbətdə ucuzlaşmasını şərh edərkən deyib. Onun sözlərinə görə, valyuta məzənnəsindən silah kimi istifadə edirlər, məqsədləri Türkiyəni diz çökdürməkdir: “Millətimiz xarici valyuta sataraq 15 iyuldan sonra iqtisadi hücumun ilk dalğasının təsirini dayandırmışdı. Bunu davam etdirməliyik. İqtisadiyyatımızı çökdürmək istəyənlərə qarşı milli səfərbərlik elan etməliyik”.

DİGƏR XƏBƏRLƏR

Top