Sumqayıtda yeni tikilən binasında fəhlə özünü asıb


"Kristal Abşeron"un yeni tikilən binasında çalışan fəhlə özünü asaraq intihar edib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən "Kristal Abşeron"un yeni tikilən binalarının birində baş verib.

Məlumata görə, həmin binada yaşayış yoxdur, intihar edən şəxs isə binanın tikintisində fəhlə işləyir. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub.

Meyit muayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top