"Sədərək"də fəhlə faciəvi şəkildə ölüb


Bakıda fəhlə iş zamanı ölüb.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" ticarət mərkəzində qeydə alınıb.

Orada tikinti işləri aparılan ərazidə fəhlə işləyən Bakı sakini Qayim Burcəliyev hündürlükdən yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top