Yaponiya baş naziri oğluna görə xalqdan üzr istədi


Yaponiyanın Baş naziri Yoşihide Suqa xalqdan üzr istəyib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Yoşihide Suqanın “Tohokuşinşa”  film şirkətində çalışan oğlu Seiqo Suqa ilə bağlı qalmalallı müzakirələr yayılıb. Belə ki, Seiqo Suqanın Daxili İşlər Nazirliyi və Kommunikasiya Nazirliyinin məmurlarına yemək süfrəsi təşkil etdiyi məlum olub. Yaponiya parlamenti bu hərəkəti rüşvət kimi qəbul edib. Deputatlar bildirib ki, baş nazirin oğlu bu şəkildə həmin məmurlardan film şirkəti üçün tələb olunan lisenziyaları əldə edir. Baş nazir Yoşihide Suqa isə oğlunun belə bir hadisəyə qarışması səbəbilə parlamentdə xalqdan üzr istədiyini bildirib.
Hadisə ilə bağlı hər hansı istefanın və ya cəzanın olub-olmayacağı isə hələlik bilinmir.


 

DİGƏR XƏBƏRLƏR

Top