Azərbaycanda istehsal olunan və satılan minik avtomobillərinin sayı AÇIQLANDI


Bu ilin yanvar ayında Azərbaycanda 96 ədəd minik avtomobili istehsal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 2 dəfə azalıb. Fevral ayının 1-i tarixinə hazır məhsul ehtiyatı 213 ədəd olub.
Qeyd edək ki, yanvar ayının 1-i tarixində hazır məhsul ehtiyatının 199 ədəd olduğunu nəzərə alsaq, o zaman yanvar ayında 82 ədəd avtomobil satılıb.
Müqayisə üçün bildirək ki, əvvəlki ilin yanvar ayında Azərbaycanda 192 ədəd minik avtomobili istehsal olunub, 233 ədəd avtomobil satılıb.

DİGƏR XƏBƏRLƏR

Top