NATO instruktorları İraqda güc nazirliklərinin əməkdaşlarına təlim çəkirlər

NATO İraq ərazisində güc nazirliklərinin əməkdaşlarına təlim çəkməyə başlayıb. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, NATO Baş katibi Yens Stoltenberq əvvəllər bu təlimlərin İordaniya ərazisində təşkil edildiyini bəyan edib. Stoltenberq məsələ ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında: "NATO İŞİD-ə qarşı mübarizədə koalisiya qüvvələrini dəstəkləyir. Biz koalisiya güclərini AVVACS sistemli radiolokasiya təyyarələri ilə təchiz etmişik. Bu məqsədlə İraq güc nazirliklərinin əməkdaşlarına əvvəlcə İordaniyada təlim keçməyə başladıq. Hazırda isə onlarla İraq ərazisində məşğul oluruq",-deyib.

Xatırladaq ki, 2016-cı ilin aprel ayında NATO İordaniyada İraq təhlükəsizlik güclərinin ilk qrupuna təlim keçməyə başladı. Ötən ili iyul ayında keçirilən NATO sammitində isə bu təlimlərin İraqda keçirilməsi qərara alındı.

DİGƏR XƏBƏRLƏR

Top