Yaponiya “Boeing 777”lərin istifadəsini dayandırdı


ABŞ-da havaya qalxdıqdan qısa müddət sonra motorunda yaranan nasazlığa görə təcili eniş edən “Boeing 777” tipli təyyarələrin istifadəsi Yaponiyada   dayandırılıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu bardə Yaponiya Nəqliyyat Nazirliyi məlumat yayıb.  Çox sayda “Boeing 777” təyyarəsi olan Yaponiya şirkətləri həmin təyyarələri lazımi baxış üçün anqarda saxlayacaq.
Qeyd edək ki, 20 fevralda ABŞ-da Denver Beynəlxalq Hava Limanından Honoluluya uçan “United Airlines” şirkətinə məxsus “Boeing 777” tipli təyyarənin mühərrikində nasazlıq yaranmışdı. Uçuş vaxtı təyyarədən qopan kiçik bir hissə hava limanından təxminən 50 kilometr uzaqlıqda yerləşən evlərin bağçasına düşmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top